Olaylar.az xəbər verir ki, bu barədə Bayram TASS-ın müxbiri ilə söhbətində, məhkəmə iclasından öncə danışıb:
"Bu iclasda tərəflərin çıxışları və Qutsulun son sözü gözlənilir, sonra isə hökm elan olunacaq. Biz AİHM-ə müraciətin hazırlanması ilə məşğuluq, çünki indiyədək şahidi olduğumuz hüquq pozuntuları səbəbindən Moldovadakı məhkəmələrdən ədalət gözləmirik. Hakimlərə təzyiq edən hakimiyyət Qutsulun həbsdə qalmasında maraqlıdır - onun həbsi müdafiə tərəfinin tələblərinə baxmayaraq dəfələrlə uzadılıb. Qeyd edim ki, AİHM-ə yalnız ölkədaxili məhkəmə instansiyalarından keçdikdən sonra müraciət edilə bilər", - deyə o bildirib.
Yevgeniya Qutsul ittihamları qəti şəkildə rədd edir və onun həbsi arxasında Moldova prezidenti Maya Sandu və onun hakimiyyətdə olan "Fəaliyyət və Həmrəylik Partiyası"nın dayandığını bildirir. Qutsulun Kişinyovla münasibətləri 2023-cü ildə keçirilən seçkilərdə qələbə qazanmasından sonra gərginləşib. O, regionun Rusiya ilə dost münasibətlərini gücləndirmək istədiyini bəyan edir və Moldovanın Moskva ilə qarşıdurma siyasətini tənqid edir.
Rəsmi qurumlar onun seçilməsini qeyri-qanuni elan etməyə çalışsalar da, Qagauziya parlamenti Qutsula dəstək verib və bölgədə onun lehinə kütləvi aksiyalar keçirilib. Prezident Sandu isə Qutsulun hökumət üzvü kimi təsdiqlənməsi barədə sərəncamı imzalamaqdan imtina edib - halbuki bu addım ölkə qanunvericiliyinə əsasən icbari sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31