AZ

Türkiyənin sement ixracı 2 milyard dolları ötüb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 2 milyard 180 milyon 897 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 366 milyon 551 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 4 milyard 349 milyon 834 min dollar məbləğində sement ixrac edib.

Seçilən
5
2
turkic.world

10Mənbələr