AZ

Azərbaycan əhalisinin yanacaq xərcləri 6 ayda 8 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 833,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,5 % çoxdur.

Ötən 6 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,2 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Seçilən
1
4
report.az

10Mənbələr