AZ

ADAU tələbələrinin layihəsi startap şəhadətnaməsi alıb - FOTO

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzinin inkubasiyasına daxil olan “SafBazar” startapı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startap şəhadətnaməsi əldə edib.

Valyuta.az xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə startap şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

Startap şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.  “Startap” şəhadətnaməsi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib.

Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.  ADAU tələbələrinin layihəsi startap şəhadətnaməsi alıb - FOTO

Seçilən
14
13
valyuta.az

10Mənbələr