AZ

ADAU tələbələrinin layihəsi startap şəhadətnaməsi alıb FOTO

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzinin inkubasiyasına daxil olan “SafBazar” startapı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startap şəhadətnaməsi əldə edib.

"Unikal" xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə startap şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.Startap şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.  “Startap” şəhadətnaməsi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib.Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
13
unikal.az

10Mənbələr