Daşkəsəndə gənc qadın sirkə turşusundan zəhərlənib.
Bakues.az-ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
24 yaşlı qadının hansı səbəbdən sirkə turşusundan zəhərlənməsi məlum deyil.
Fakt araşdırılır.