Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən sutəchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastikboru kəmərləri sahəsində AZS EN 12201-1:2025 “Su təcizatı, drenajvə təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri.Polietilen (PE) - Hissə 1: Ümumi tələblər”, AZS EN 12201-2:2025 “Sutəcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik borukəməri sistemləri. Polietilen (PE) - Hissə 2: Borular” və AZS EN12201-3:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçünplastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 3:Fitinqlər” yeni dövlət standartları qəbul edilib.
TrendAZSTANDA-a istinadən xəbər verir ki, sözügedən dövlət standartlarıpolietilen (PE) materialından hazırlanan boru, fitinq vəkomponentlərin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaqməqsədilə qəbul edilib. Bu standartlar su təchizatı, drenaj vətəzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərlərininümumi tələblərini müəyyən edir.
Belə ki, yeni dövlət standartlarının tətbiqi ilə əhali, sənayemüəssisələri və digər sahələrin su ilə təchiz edilməsində istifadəedilən xətlər, eləcə də tullantı sularının axıdılması üçün xətlərindavamlılığına, su itkisinin azaldılmasına və səmərəli istifadəsinəimkan yaranacaq.
Sözügedən yeni dövlət standartları “Tikinti materialları,məmulatları və konstruksiyaları” Texniki Komitəsində (AZSTAND/TK10) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin DövlətFonduna daxil edilib.
Qeyd: AZS EN 12201-1:2025, AZS EN 12201-2:2025 və AZS EN12201-3:2025 dövlət standartları Azərbaycan RespublikasıPrezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilətəsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalqtələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün DövlətProqramı”nın Tədbirlər Planının icrası məqsədilə AZS 806-1-2014 “Sutəminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik borukəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər”, AZS806-2-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçünplastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular”və AZS 806-3-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiyaüçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3:Fitinqlər.” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.