Ermənistan və İran müdafiə nazirləri arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub
Suren Papikyan və Əziz Nəsirzadə regionda sabitliyin və sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.