AZ

İsrailin İrana hücumunda ölənlərin sayı açıqlanıb

Bakı. Trend:

İsrailin İrana hərbi hava hücumları nəticəsində ölənlərin sayı1060 nəfərə çatıb.

Trend-inməlumatına görə, bu barədə İranın Şəhidlər və Veteranlar Fondununsədri Səid Ohadi bildirib.

"Bu axşama olan məlumata əsasən, İsrail rejiminin İrana hücumunəticəsində həlak olan 1060 nəfəri dəfn etdik", - deyə obildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
20
1
az.trend.az

10Mənbələr