Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib
İyulun 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.