AZ

Axtarışda olan 90 nəfər saxlanılıb

İyulun 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
2
17
xalqqazeti.az

10Mənbələr