AZ

İnsanlarda qocalıq prosesi bu yaşlarda baş verir - Alimlərin TƏHLİLİ

Tədqiqatçılar genişmiqyaslı elmi layihənin məlumatlarını təhlil etdikdən sonra qocalığın bərabər və düz xətt üzrə baş vermədiyini aşkar ediblər. Alimlərin fikrincə, insan orqanizmində kəskin bioloji dəyişikliklərin baş verdiyi üç əsas mərhələ mövcuddur. Bunlar 34, 60 və 78 yaş dövrləridir.

Bizim.Media xəbər verir ki, məhz bu yaş hədlərində orqanizmdə metabolik dəyişikliklər sürətlənir, immun sistemi zəifləyir, həmçinin sağlamlığa ciddi təsir edən digər proseslər işə düşür. Bu dəyişikliklər adətən daha əvvəl yavaş və tədricən baş verən qocalma əlamətlərinin bir anda dərinləşməsi ilə müşahidə olunur.

Alimlər vurğulayırlar ki, bu kritik yaş mərhələlərinin müəyyənləşdirilməsi, gələcəkdə yaşa bağlı xəstəliklərin daha erkən və dəqiq diaqnostikasına, eləcə də fərdi profilaktika strategiyalarının hazırlanmasına kömək edə bilər.

Bu tapıntılar həmçinin onu göstərir ki, qocalma sabit və fasiləsiz proses deyil, əksinə, müəyyən yaş dövrlərində sürətlənən və orqanizmdə kəskin dəyişikliklərə səbəb olan bir prosesdir. Bu baxımdan, həmin yaş dövrlərində profilaktik müayinələrin və həyat tərzi dəyişikliklərinin tətbiqi xüsusilə vacib ola bilər.

Bizim.Media

Seçilən
9
1
bizim.media

10Mənbələr