AZ

Uzun öpüşlərin təhlükəsi: Herpes, göbələk, hepatit B və daha nələr

Uzun

Uzunmüddətli öpüşlər vasitəsilə sitomeqalovirus, streptokok bakteriyaları, Candida göbələkləri, hətta B hepatiti yoluxa bilər – bu barədə RIAMO-ya dermatoloq Aleksandra Fileva məlumat verib. Onun sözlərinə görə, ən çox yayılan infeksiya sadə herpes virusudur.“Öpüş — infeksiyanın ötürülməsi üçün mümkün bir yoldur: istər virus, istər bakterioloji, istərsə də göbələk mənşəli. Ən çox yayılanı isə sadə herpes virusudur – onu aktiv səpgisi olan biri ilə qısa təmasda belə almaq mümkündür,” – deyə Fileva xəbərdarlıq edib.Mononukleoz da öpüşlə keçə bilən başqa bir infeksiyadır. Onun səbəbi Epşteyn–Barr virusudur və bu virus xüsusilə zəif immun sisteminə malik insanlar üçün təhlükəlidir. Həkim əlavə edib ki, ağız boşluğunda yara və zədələr olduqda B hepatitinə yoluxma riski daha da artır.Ulusum.az

Diqqət Çəkənlər

İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO

ColognePride 2025: CSD paradı Köln küçələrini bəzəyir - FOTO

İranın ali dini lideri müharibədən sonra ilk dəfə göründü - VİDEO

Seçilən
0
23
ulusum.az

10Mənbələr