Türkiyənin ilk iqlim qanunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi qəzetdə - “Resmi Gazete”də dərc olunaraq təsdiqlənib. Türkiyənin iqlim dəyişikliyi ilə mübarizənin əsas prinsiplərinin müəyyən edildiyi qanuna görə, “ortaq, lakin fərqləndirilmiş məsuliyyət və nisbi imkanlar” əsas götürüləcək.
Əsas prinsipləri bərabərlik, iqlim ədaləti, ehtiyatlılıq, iştirakçılıq, inteqrasiya, davamlılıq, şəffaflıq, ədalətli keçid və irəliləyiş yanaşmaları olan qanuna əsasən, yerli iqlim dəyişikliyinə dair fəaliyyət planları hazırlanacaq, ehtiyaclar və risklər müəyyənləşdiriləcək.
Mətləb Salahov