Bakı. Trend:
Türkiyənin ilk iqlim qanunu ölkə Prezidenti Rəcəb TayyibƏrdoğanın imzaladığı sənədə əsasən, rəsmi qəzetdə - “ResmiGazete”də dərc olunaraq təsdiqlənib.
Trend xəbərverir ki, Türkiyənin iqlim dəyişikliyi ilə mübarizənin əsasprinsiplərinin müəyyən edildiyi qanuna görə, “ortaq, lakinfərqləndirilmiş məsuliyyət və nisbi imkanlar” əsas götürüləcək.
Əsas prinsipləri bərabərlik, iqlim ədaləti, ehtiyatlılıq,iştirakçılıq, inteqrasiya, davamlılıq, şəffaflıq, ədalətli keçid vəirəliləyiş yanaşmaları olan qanuna əsasən, yerli iqlimdəyişikliyinə dair fəaliyyət planları hazırlanacaq, ehtiyaclar vərisklər müəyyənləşdiriləcək.
Qanunda iqlim dəyişikliyi ilə mübarizə, sera qazıemissiyalarının azaldılması, strategiya və fəaliyyət planlarınınhazırlanması, bununla bağlı şəhərlərdə görüləcək tədbirlər, maliyyəvə investisiya məsələləri, Emissiya Ticarət Sisteminin (ETS)yaradılması, sera qazı emissiyası yaradan müəssisələr üçün nəzərdətutulan tətbiq, ozon qatını incəldən maddələrə, eləcə də, sera qazıemissiyası və florlu qazlarla bağlı pozuntulara görə nəzərdətutulan cəzalar, qanunun tətbiqi üçün keçid müddəti kimi maddələryer alır.
Qeyd edək ki, bu qanunla Türkiyə, iqlim dəyişikliyinə qarşıhüquqi əsaslara dayanan ilk sistemli mübarizə dövrünə keçidedir.