AZ

Avtomobil 60 yaşlı qadını xəstəxanalıq etdi

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Yazgül Orucini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 60 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
20
1
bizim.media

10Mənbələr