Goranboyda xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Balakürd kəndində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın yol kənarındakı su arxına düşüb.
Qəza zamanı kənd sakini, 1988-ci il təvəllüdlü Salman Qafqaz oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Hadisə yerinə DYP-nın əməkdaşalrı cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta