AZ

Rusiya Ukrayna şəhərlərinə raket və dron yağdırdı

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ukraynaya əlavə hərbi yardım göndərilməsi qərarından sonra Rusiya Silahlı Qüvvələri növbəti dəfə Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı dörd ədəd S-300/S-400 zenit-raket kompleksi və 54 ədəd “Shahed” tipli kamikadze dron istifadə edilib.

Məlumata əsasən, Ukrayna hava hücumundan müdafiə sistemləri bu dronlardan 34-nü zərərsizləşdirib. Lakin düşmənin bir neçə pilotsuz uçuş aparatı beş müxtəlif lokasiyada hədəflərə dəyib.

Rusiya ordusunun hücumları nəticəsində Xersonda üç nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Nikopol rayonunda isə iki nəfər xəsarət alıb, həmçinin bir avtomobil və bir yaşayış evi zədələnib. Sinyelnikov rayonunda baş verən yanğınlarda da bir neçə ev və avtomobilə ziyan dəyib.

Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, gecə saatlarında Belqorod vilayəti üzərində üç Ukrayna pilotsuz uçuş aparatı məhv edilib. Lakin rusiyalı müstəqil monitorinq kanalları gecə boyu daha azı iki-üç bölgədə dronların müşahidə edildiyini yazıblar. Bundan başqa, “Rosaviatsiya” bildirir ki, Perm şəhərinin hava limanı iki saat yarım ərzində bağlanmalı olub.

Son həftələr Rusiya tərəfindən Ukraynaya qarşı bir neçə dəfə genişmiqyaslı raket və dron hücumları həyata keçirilib. Ukrayna tərəfinin məlumatına görə, bu hücumlar nəticəsində onlarca mülki şəxs həlak olub. Eyni zamanda, Rusiya tərəfi də Ukraynadan gələn dron hücumlarının miqyasını artırdığını bildirir.

Qeyd edək ki, bu hücumlar ABŞ-nin Ukraynaya silah yardımı barədə bəyanatlarının ardınca baş verir. Prezident Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı verdiyi açıqlamada da Ukraynaya silah tədarükünün davam edəcəyini bildirmişdi. Tramp Ukraynaya hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot” komplekslərinin verilməsinin vacibliyini vurğulamışdı.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
34
azpolitika.info

10Mənbələr