AZ

Rusiya FHN rəhbəri vətəndaşların İrandan təxliyəsinin təşkilinə görə Azərbaycana təşəkkür edib

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla ikitərəfli görüş keçirib. Aleksandr Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib", - məlumatda qeyd edilib.

Seçilən
36
4
operativmedia.az

4Mənbələr