Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.
Operativ Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
"Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla ikitərəfli görüş keçirib. Aleksandr Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib", - məlumatda qeyd edilib.