AZ

QHT-lərin xarici maliyyə mənbələri ilə əməkdaşlığı QADAĞAN EDİLİR

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir.

Modern.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Seçilən
0
32
modern.az

10Mənbələr