AZ

Qeyri hökumət təşkilatları ilə bağlı dəyişilik

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir.

Oxu.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, QHT tərəfindən malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün QHT tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

Layihəyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması mümkün olmayacaq.

Həmçinin müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən QHT İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
32
oxu.az

10Mənbələr