AZ

Aİ Rusiyaya qarşı ən sərt sanksiyalara hazırlaşır- Fransa XİN

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 2022-ci ildən bəri tətbiq olunacaq ən sərt sanksiyalar paketinə hazırlaşır.

Sitat.info  xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, yeni sanksiyalar paketi Moskvanın iqtisadi və maliyyə resurslarını tükətmək məqsədi daşıyır.

"Məhdudiyyətlər əsasən Rusiyanın neftdən əldə etdiyi gəlirlərə, maliyyə institutlarına və bəzi digər ölkələrlə əlaqələrinə təsir göstərəcək",- o qeyd edib.

 

Sitat.info

Seçilən
18
1
sitat.info

2Mənbələr