AZ

Fransa XİN: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalara hazırlaşır

BAKI, 8 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 2022-ci ildən bəri tətbiq olunacaq ən sərt sanksiyalar paketinə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, yeni sanksiyalar paketi Moskvanın iqtisadi və maliyyə resurslarını tükətmək məqsədi daşıyır.

"Məhdudiyyətlər əsasən Rusiyanın neftdən əldə etdiyi gəlirlərə, maliyyə institutlarına və bəzi digər ölkələrlə əlaqələrinə təsir göstərəcək",- o qeyd edib.

Seçilən
37
1
teleqraf.com

2Mənbələr