AZ

Ali Məclis sədri seçiləcək şəxsin 5 il Naxçıvanda yaşaması tələbi aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsinə dair tələblər dəyişir.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçilə bilər.

Təklif edilən dəyişikliyə əsasən, Naxçıvan MR Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçilə biləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
6
11
day.az

10Mənbələr