AZ

Ali Məclis sədri seçiləcək şəxsin 5 il Naxçıvanda yaşaması tələbi aradan qaldırılır

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsinədair tələblər dəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ərazisində beş ildənaz olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyiolmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR AliMəclisinin hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçiləbilər.

Təklif edilən dəyişikliyə əsasən, Naxçıvan MR Ali Məclisinin alitəhsilli hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçiləbiləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
7
11
az.trend.az

10Mənbələr