AZ

“Karvan”dan növbəti transfer

“Şamaxı”dan ayrılan Vüsal Məsimovun yeni ünvanı məlum olub.

FutbolPress“in məlumatına görə, 25 yaşlı müdafiəçi “Karvan”la anlaşıb. Məsimov Yevlax təmsilçisi ilə 1 illik anlaşma əldə edib.

“Qəbələ”nin yetirməsi olan müdafiəçi karyerası ərzində “Turan Tovuz”, “Kəpəz”, “Səbail” kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-19 yığmasında 4 oyunda meydana çıxıb.

“Karvan” yeni mövsümdə Premyer Liqada çıxış edəcək. Klub bundan öncə Vadim Abdullayev və Eltun Turabovla heyətini gücləndirib.

Şahin Cəfərov

Seçilən
17
futbolpress.az

1Mənbələr