“Şamaxı”dan ayrılan Vüsal Məsimovun yeni ünvanı məlum olub.
“FutbolPress“in məlumatına görə, 25 yaşlı müdafiəçi “Karvan”la anlaşıb. Məsimov Yevlax təmsilçisi ilə 1 illik anlaşma əldə edib.
“Qəbələ”nin yetirməsi olan müdafiəçi karyerası ərzində “Turan Tovuz”, “Kəpəz”, “Səbail” kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-19 yığmasında 4 oyunda meydana çıxıb.
“Karvan” yeni mövsümdə Premyer Liqada çıxış edəcək. Klub bundan öncə Vadim Abdullayev və Eltun Turabovla heyətini gücləndirib.
Şahin Cəfərov