AZ

XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olundu - Foto

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi öz işinə başlayıb.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, müşavirə, eləcə də 9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi heyəti, habelə xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Zəfər parkını ziyarət ediblər.

Sonra ADA Universitetində diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi baş tutub.

Açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Çıxışlarda Azərbaycan xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil olunub.

Geosiyasi gərginliklərlə və yaranan çağırışlarla müşahidə olunan qlobal mənzərədə diplomatiyamızın hər zamankından daha fəal, adaptiv və qətiyyətli olmasının əhəmiyyəti vurğulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar müzakirə olunub.

Ölkəmizin beynəlxalq vasitəçilik səylərində aktiv iştirakının Azərbaycanın ikitərəfli və çoxtərəfli müstəvidə artan rolunun göstəricisi olduğu vurğulanıb.

Seçilən
15
50
publika.az

10Mənbələr