AZ

Lavrov və Fidan ikitərəfli məsələləri müzakirə etdilər

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov BRİKS sammiti çərçivəsində Rio-de-Janeyroda danışıqlar aparıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, görüş zamanı cari beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Regionda gərginliyin azaldılmasına və mövcud münaqişələrin siyasi yolla həllinə töhfə vermək məqsədilə iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı iradə təsdiqlənib.

Bundan əlavə, Türkiyə və Rusiya xarici işlər nazirləri ikitərəfli gündəlikdəki əsas məsələləri, o cümlədən enerji sahəsində strateji layihələrin həyata keçirilməsinin gedişini müzakirə ediblər.

Bizim.Media

Seçilən
11
50
bizim.media

10Mənbələr