AZ

“Mançester Yunayted” ona qiymət qoydu

“Mançester Yunayted” qapıçısı Andre Onananın satış qiymətini müəyyənləşdirib.

90deqiqe.Az-ın “Goal.com"a istinadən yaydığı xəbərə görə, klub kamerunlu qolkiperlə yolları ayırmaq niyyətindədir və bu qərardan sonra Onana ilə maraqlanan Fransa təmsilçisi “Monako” üçün qiymət təqdim olunub – 41 milyon dollar. Lakin bu məbləğ “knyazlıq” klubunu qane etməyib. Üstəlik, futbolçunun özü də Fransaya keçmək ideyasını rədd edib.

Hazırda Onananın “Mançester Yunayted”də qalma ehtimalı yüksəkdir. 2028-ci ilə qədər müqaviləsi olan 29 yaşlı qapıçı, əgər transfer baş tutmasa, 19 iyulda “Lids”ə qarşı oyunda əsas heyətdə meydana çıxa bilər.

Qeyd edək ki, Onana ötən mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 65 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
8
13
90deqiqe.az

10Mənbələr