"Barselona" klubu Voytsex Şensnının müqavilə müddətini 2027-ci ilin yayına qədər uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə katalon klubunun rəsmi saytı məlumat yayıb.
Şensnı ötən ilin oktyabrında "Barselona"ya qoşulub. O, Mark Andre ter Ştegenin zədəsindən sonra komandaya transfer olunub.
Polşalı qapıçı qazanılan 3 kubokda önəmli rol oynayıb. O, 30 oyunun 14-də qapısını toxunulmaz saxlamağı bacarıb.