AZ

Aİ Ukraynadan taxıl və şəkər idxalına məhdudiyyət qoyur

Avropa İttifaqı (Aİ) öz fermerlərini qorumaq üçün Ukraynadan gətirilən taxıl və şəkərin idxalına ciddi məhdudiyyətlər tətbiq edəcək.

Finss.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Yeni qərara əsasən, Aİ Ukraynadan buğda idxalını 1,3 milyon tonla məhdudlaşdıracaq. Bu isə əvvəlki illərlə müqayisədə təxminən 70-80% azalma deməkdir. 2023-2024-cü illərdə Ukraynadan 6,5 milyon ton buğda idxal edilmişdi.

Məhdudiyyətlər şəkər idxalına da şamil olunacaq. Brüssel bu addımı Avropalı fermerlərin narazılıqlarını azaltmaq və yerli bazarı qorumaq üçün atır.

Qərarın yaxın günlərdə qüvvəyə minməsi gözlənilir.

Fuad Mədətov
Finss.az

Seçilən
10
19
fins.az

10Mənbələr