AZ

Qeyri-sabit hava şəraiti Zaqatalada fəsadlara səbəb olubVİDEO

Son günlər havaların qeyri-sabit keçməsi şimal-qərb bölgəsindən axan bəzi çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayonu, Aşağı Çardaxlar kəndinin əkin sahələri sel sularının altında qalıb.

Təsərrüfat sahiblərinin həmin ərazidəki qarğıdalı, buğda və ot sahələri lilli suyun altında qalıb. Sakinlər deyir ki, bu gündən havanın temperaturunun yüksəlməsi subasan ərazilərə əkilmiş bitkilərin tamamilə yanaraq məhv olmasına səbəb olacaq.

Gələn sel Katex çayının məcrasından çıxmasına səbəb olub.

Zaqatala Su Meleorasiya Sistemləri İdarəsindən bildirildi ki, ərazidə artıq idarənin texnikası işləyir. Texnikanın hərəkəti su çəkilən ərazilərdə tam mümkün olandan sonra müvafiq qururmlarla birgə lazımi tədbirlər görüləcək.

O da qeyd edilib ki, çaya düşmüş ağaclar təmizlənməlidir. Buna görə də müvafiq qurumların rəyi vacibdir.

Xatırladaq ki, bu ilin may ayında da  Aşağı Çardaqlar kəndində məhz Katex çayının daşması nəticəsində 200 hektardan çox sahəni su basmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
38
xezerxeber.az

10Mənbələr