Sea Breeze

Redaksiyanın Ukrayna üzrə xüsusi nümayəndəsi Hikmət Quliyev KiyevLvov şəhərlərində müşahidə etdiklərindən təəccübləndiyini bildirib.

Redaksiya xəbər verir ki, H. Quliyev çəkdiyi videomaterialda Kiyev və Lvov arasında olan həyat tərzi fərqini izah etməyə çalışıb.

Onun sözlərinə görə, Kiyevdə hava hücumundan müdafiə (HHM) sistemlərinin siqnal səsləri və ardınca baş verən partlayışları eşitməmək mümkün deyil, insanlar daim narahat və gərginlik içindədir.

Lakin eyni HHM siqnalları Lvov şəhərində də səslənsə də, yerli əhali buna əhəmiyyət vermir və gündəlik həyatına, əyləncəsinə davam edir.

Quliyev bildirib ki, Ukraynanın qərb və şərq şəhərlərində müharibənin təsiri və əhali psixologiyası arasında ciddi fərqlər müşahidə olunur. Bu, ölkənin fərqli bölgələrinin təhlükəsizlik və gündəlik həyat baxımından fərqli reallıqlar yaşadığını açıq şəkildə göstərir.

Sevinc Kərimova

ETX
ETX
ETX