AZ

Rusiya robot sahəsinə milyardlarla dollar ayırır

Rusiya qarşıdakı altı il ərzində robotlar və robot texnologiyaları sahəsinə təxminən 1,7 milyard dollar ayırmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya sənaye və ticarət naziri Anton Alixanov Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sənaye nazirlərinin “İnnoprom” sərgisi çərçivəsində keçirilən müşavirəsində bildirib.

Onun sözlərinə görə, dövlət dəstəyi tədbirlərinin geniş spektri tələbatın stimullaşdırılmasına, yeni robot texnikası nümunələrinin yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, habelə texnoloji infrastrukturun qurulmasına yönəldilib. Bu infrastrukturun əsasını Rusiyada yaradılması planlaşdırılan 30 robot texnologiyaları inkişaf mərkəzi təşkil edəcək.

Alixanov əlavə edib ki, 2030-cu ilə qədər ölkədə hər 10 min nəfərə orta hesabla 145 robot düşməli, dövlət iştiraklı sənaye müəssisələrində isə bu göstərici 230 robota çatdırılmalıdır.

Seçilən
24
33
nocomment.az

10Mənbələr