AZ

“Elvin Matiasdan daha etibarlı müdafiəçidi”

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Neftçi” ötən həftə daha iki transfer reallaşdırdı. "Football-plus.az" xəbər verir ki, "ağ-qaralar” “Sumqayıt”dan Samir Abasova çox yaxşı tanış olan Murad Xaçayevlə Elvin Bədəlovu “rənglərinə bağladı”. Etiraf etmək lazımdı ki, bu keçidlər heç də birmənalı qarşılanmayıb. Bəzi mütəxəssislər belə düşünür ki, Muradla Elvin çempionluğa oynayacaq komandanı gücləndirəsi potensiala malik deyil. Biz bu məsələ ətrafında Aslan Kərimovla danışdıq:

“Əslində transferlərə baxsaq, deməzdim ki, bu oyunçular “Qarabağ”a qalib gəlməkdən ötrü kifayət edəcək. Mövqelərə baxanda hesab edirəm ki, bu oyunçular hələ ki həlledici oyunçular deyil. Digər tərəfdən, anlayışla qarşılamaq lazımdı. Çünki hər bir məşqçi özünün tanıdığı, bildiyi, xasiyyətinə bələd olduğu oyunçularla yola çıxmaq istəyər. Elvin Bədəlov milli komandanın oyunçusudu. Top səviyyəli komandalarla qarşılaşarkən hansı çətinliklərlə üzləşəcəyini deyə bilmərəm, amma yalnız bu oyunçularla da kifayətlənməyəcəklər. Məncə, Elvin Yuri Matiasdan daha etibarlı müdafiəçidi. Xaçayev dayaq yarımmüdafiəsində də oynayır, mərkəzdə də. Düşünürəm ki, bu oyunçular həlledici fiqur deyil. Samir Abasovun yığdığı komandada, əlbəttə, başqa transferlər də olacaq. Çünki mövqeleri də həlledici mövqe deyil. Yalnız Elvin haqda deyə bilərəm ki, məncə, Yuridən müdafiədə daha inamlı təsir bağışlayır. Hə, bəlkə də Matias künc zərbələrində, hücum zamanı cinah asmalarında Elvindən effektli ola bilər, amma ümumilikdə götürsək, Bədəlov daha etibarlıdı. Ona görə Samir Abasovun bu transferi başadüşüləndi. Tanıdığı, bildiyi oyunçulardı, bunlara güvənir. Bir daha təkrar edirəm ki, “bu iki oyunçunu aldım, bundan sonra çempion olacam” demək düzgün deyil. Hələ ki “Neftçi”nin açıq mövqeləri də çoxdu. Ən azı sivri ucda oynayan hücumçu mövqeyi də qalır, oyun quran - ortada oynayan oyunçu mövqeyi də. Cinahlarda birəbir aldatmağı, keçməyi bacaran oyunçular lazımdı. Bəlkə də transfer ediblər, ya siyahılarında kimsə var, amma azı üç-dörd oyunçuya da ehtiyac duyurlar”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
17
icma.az

10Mənbələr