Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 7-si axşam saatlarında paytaxtın Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə gedən yolda baş verib.
“BakuBus” MMC-yə məxsus 120E saylı marşrut avtobusu “Qazel” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili yoldan çıxıb, kənardakı hasara dəyib.
Hadisə zamanı bir nəfərin ağır yaralandığı bildirilir.