BAKI, 7 iyul. TELEQRAF
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyulun 7-si axşam saatlarında paytaxtın Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə gedən yolda baş verib.
“BakuBus” MMC-yə məxsus 120E saylı marşrut avtobusu “Qazel” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili yoldan çıxıb, kənardakı hasara dəyib.
Hadisə zamanı bir nəfərin ağır yaralandığı bildirilir.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.