Varşavada keçirilən mətbuat konfransında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı narahatedici açıqlama verib. O bildirib ki, İranın nüvə proqramını tamamilə məhv etmək mümkün deyil.
Qrossinin sözlərinə görə, vəziyyətin həlli üçün diplomatik səylər və danışıqlar vacibdir. O həmçinin qeyd edib ki, ölkənin nüvə obyektlərinə edilən son hücumlar ciddi ziyan vurub, lakin bu, proqramı tam dayandırmaq üçün kifayət etmir.
MAQATE rəhbərinin bu bəyanatı hərbi müdaxilələrin məhdud effektivliyini göstərir və İranın nüvə fəaliyyətinin dayandırılması üçün siyasi və diplomatik yolların zəruriliyini ön plana çıxarır.
//Samir Qurbanov, Editor.az