AZ

Qrossidən çağırış: İranın nüvə proqramını məhv etmək mümkün deyil

BAKI, 7 iyul. TELEQRAF

İranın nüvə proqramının tamamilə məhv edilməsi mümkün deyildir və bu problemi həll etmək üçün yalnız diplomatik səylər və danışıqlar lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi Varşavada jurnalistlərlə görüşü zamanı bildirib.

O, İranın nüvə proqramına dəymiş ciddi ziyan nəzərə alınsa, hələ də bu problemin davamlı həllinə ehtiyacımız var. Həll yolu hərbi ola bilməz, çünki İran kimi texnoloji və sənaye bazası mühüm olan bir ölkənin nüvə potensialını tamamilə məhv etmək mümkün deyil", - deyə vurğulayıb.

Onun sözlərinə görə, bu məsələnin həllinə yönəlmiş hər bir ssenaridə əsas diqqət diplomatik razılaşmalara yönəlməlidir. Bu razılaşmaların bir hissəsi müvafiq sistem yoxlanışını da əhatə etməlidir: "Əks halda, biz çox kövrək razılaşma ilə üzləşəcəyik. Bu proses münqişədən sonrakı mərhələyə keçib. Ümid edirəm ki, biz yaxın vaxtlarda bu danışıqların tempini artırıb, tərəflər arasında razılaşma əldə etməyə kömək edəcəyik".

Xatırladaq ki, İranın BAEA ilə münasibətlərində son dönəmlərdə gərginlik artıb. Belə ki, iyun ayının sonunda İran parlamenti, ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını dayandırmağa dair qanun layihəsini təsdiqləyib. İyulun 2-də isə İran Prezidenti Məsud Pezeşkian bu qanunu imzalayıb. Diplomatik mənbələr bildirir ki, İranın bu qərarı, həmçinin ölkə daxilində nüvə proqramı ilə bağlı daha çox sual və narahatlıq doğurub. Lakin Qrossi İranla danışıqların davam etdirilməsinin vacibliyini və münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıb.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr