AZ

Trendyol tələsi- Online endirimlərin görünməyən tərəfləri…

Son bir neçə ildə ölkə vətəndaşlarının əksəriyyətində rəqəmsal şəkildə alış-verişə maraq çoxalıb. “Trendyol”, “Temu” kimi online platformalar üzərindən vətəndaşlar müxtəlif məhsulları daha sərfəli qiymətlər ilə sifariş edirlər. Lakin bir çox şəxslər “Trendyol” platformasında məhsulların qiymətində xeyli fərq olduğunu bildirirlər. Hətta həmin qiymətin üzərinə çatdırılma, gömrük haqları da əlavə edilir. Bu da yüksək qiymət fərqinə səbəb olur.

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova Ajans.az-a öz fikirlərini bildirib.

Ekspert söyləyib ki, Trendyol kimi məşhur satış platforması əvvəllər yalnız öz daxili bazarına və müxtəlif ölkələrə xidmət etsə də, Azərbaycan üçün fəaliyyət göstərmirdi.
Sonradan müəyyən sözləşmələr oldu və ilk zamanlarda Azərbaycan istehlakçısını manipulyasiya etmək,alıcı toplamaq adı altında endirimlər tətbiq edilməyə başlanıldı.

O söyləyib ki, Trendyol platformasının ilk əsas alıcı kütləsi azərbaycanlı xanımlar oldu.Əsasən də evdar xanımlar tərəfindən bu proses dayanmadan  artdı. Lazım olar-olmaz insanlar nələrsə sifariş edir və ya evinin əşyalarını yeniləyirdi.

Günay Hüseynova açıqlayıb ki, qiymətləri müqayisə edəndə  real mağazalardan daha münasib olduğu görülür.

Hazırda da müqayisə ediləndə əksər məhsullarda da elədir.
Lakin alıcının narazılığına qaldıqda ,görünür ki, əvvəlki  kimi manipulyativ endirimlər yoxdur,bundan əlavə “Trendyol” sadəcə ticarət platformasıdır və orada müxtəlif satış firmalari mövcuddur.

İqtisadçının sözlərinə görə, bir məhsulu 10 mağaza satır, hərəsi də öz istədiyi qiymətə. Bundan əlavə Türkiyədə sabit valyuta sistemi yoxdur. Bu da azərbaycanlı alıcılar üçün daha sərfəlidir. Çünki nağdlaşma xarici valyuta üzərindən qarşı tərəfə çatır, lakin valyutanın yüksəlməsi süni qiyməti də artırır.

Bundan əlavə orada daxili bazar üçün təqdim olunan qiymətlə Azərbaycan bazarı üçün təqdim olunan qiymət arasında da fərq var.Ip adresini dəyişib qiyməti müqayisə edib,hesablayan alıcı onsuz da bunun fərqindədir.

Onun üçün də zəruri hesab edilirsə sifariş edilsin. Daha sonra platformada məhsul araşdırılsın, satıcısı müqayisə edilsin,əvvəlki alıcıların yalnız şəkilli şərhlərinə baxılsın.

Bir məsələni alıcıların nəzərinə çatdırmaq lazımdır ki, pul qarşılığında bəzən saxta rəylər yazdırılır və ya kargo pulu  ödənilir. Məhsulun rəsmi göndərilir və öz işçıləri paylaşaraq saxta rəylər yazırlar.Bu kimi xoşagəlməz hallara da rast gəlinir.

Günay Hüseynova qeyd edib ki, ümumiyyətlə, kartla ödəniş,online ticarət platformalarından sifariş insanları daha çox xərcləməyə sövq edir.Platformadan online sifariş edən şəxs bir dəfədən sonra davamı gəlir. İstehlakçılar üçün bu bir növ ,,iqtisadi təhlükə” hesab olunur.

Seçilən
5
28
editor.az

10Mənbələr