AZ

Arxa yan şüşələri tünd qara olan avtomobillərin ÖLKƏYƏ İDXALI QANUNİDİR

Dövlət Gömrük Komitəsindən Ajans.az-a bildirilib ki, avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı belə qadağa yoxdur. Yəni, arxa, yan şüşələri qara-tünd rəngli avtomobillərin ölkəyə daxil olması ilə əlaqədar heç bir məhdudiyyət yoxdur. 
Rəsmi açıqlamadan belə qənaətə gəlmək olar ki, bu cür hallar ilə qarşılaşan vətəndaşlar və sahibkarlar bilməlidir ki, belə avtomobillərin idarə edilməsində heç bir qadağa tətbiq edilə bilməz. Hər bir şəxs bu tip  avtomobilləri rahatlıqla idarə edə bilər. 

Əgər, bu cür avtomobillərin idarə edilməsində heç bir problem yoxdursa və hər şey  qanuna uyğun həyata keçirilirsə, belə avtomobillərin ölkəyə gətirilməsində də məhdudiyyət qoyula bilməz. Ajans.az bu məsələni  Dövlət Gömrük Komitəsi ilə birlikdə bir daha təsdiq edir.

Seçilən
8
24
Ajans.az

10Mənbələr