AZ

İran Prezidenti Trampı Netanyahuya qarşı tədbir görməyə çağırdı

İran prezidenti Məsud Pəzəşkian ABŞ-ın keçmiş prezidenti Donald Trampı İsrailin baş naziri Benyamin Netanyahunun siyasətinə qarşı tədbir görməyə çağırıb.

Bu barədə o, amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

Pəzəşkianın sözlərinə görə, İsrailin siyasəti regionda müharibəni qızışdırmağa yönəlib və ABŞ rəhbərliyi bu barədə xəbərdar olmalıdır. O vurğulayıb ki, Yaxın Şərqdə yeni bir hərbi münaqişə daha dərin bir qeyri-sabitliyə səbəb ola bilər.

“İnanıram ki, prezident Tramp kifayət qədər güclüdür və Netanyahunu, eləcə də İsraili öz yerinə oturtmaq, onları müharibə və qan tökülməsindən çəkindirmək, sülhə üstünlük verməyə məcbur etmək imkanına malikdir,” — deyə Pəzəşkian qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti İsrail xüsusi xidmət orqanlarının ona qarşı sui-qəsd cəhdi etdiyini açıqlamışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
50
editor.az

10Mənbələr