AZ

Xameneinin sözçüsü Trampı öldürməyə çağırdı

İranın Ali Rəhbəri Əli Xameneinin ofisinin sözçüsü, din xadimi Əlirza Pənahiyan ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına sərt reaksiya verib...

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

"Müctehidlər bildiriblər ki, əgər kimsə, İranın ali rəhbərini təhdid etsə, onun barəsində edam hökmü çıxarılmalıdır. Ali rəhbəri ölümlə hədələdikləri üçün Donald TrampBenyamin Netanyahunun öldürülməsi vacibdir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu hökmə əsasən, dünyanın istənilən yerində hər bir müsəlman canından keçməli və onları öldürməlidir.

Poliqon.info

Seçilən
22
19
poliqon.info

10Mənbələr