AZ

Azərbaycan diplomatları regional və beynəlxalq təhdidlərin fonunda təhlükəsizlik məsələlərini müzakirə ediblər

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət

orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan ilk panel müzakirəsi Azərbaycan xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiq qismində iştirakı ilə baş tutub.

Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsində mövcud çağırış və imkanlar təhlil edilib.

Seçilən
3
50
report.az

10Mənbələr