AZ

Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq.

Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

İdman.biz

Seçilən
1
3
idman.biz

10Mənbələr