Bakı. Trend:
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatmamərasiminin vaxtı müəyyənləşib.
PFL-dən Trend-ə verilən məlumata görə, mərasim 18 iyultarixində “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”ndabaş tutacaq.
Tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələridəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun15-də start götürəcək.