AZ

Beynəlxalq məhəkəmələrdə Ermənistandan təzminat almaq üzrə iddiaların qaldırılması üçün hüquqi baza yaradılır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son 30 ildə Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana mülki infrastruktur, iqtisadiyyat, ekologiya, hərbi texnika və digər sahələrdə 100 milyard manatdan çox (58,8 milyard ABŞ dolları) məbləğində maddi ziyan dəyib. Qarabağdakı qondarma “erməni administrasiyası”nın keçmiş siyasi və hərbi rəhbərlərinin mühakimə olunduğu iş üzrə ittiham aktında 1988-2024-cü illər arasında ermənilərin hücumları nəticəsində əhali arasında itkilər və Azərbaycanın məruz qaldığı maddi ziyan üzə çıxıb. Belə ki, 1988-2024-cü illər arasında ermənilərin hücumları nəticəsində 3493-ü mülki, 15357-si hərbçi olmaqla 18850 Azərbaycan vətəndaşı həlak olub. İttihama görə, Ermənistanın hücumları nəticəsində 56 238 Azərbaycan vətəndaşı, o cümlədən 4 435 mülki şəxs, 51 803 hərbçi yaralanıb.  Ermənistanın təcavüzkar siyasəti Azərbaycana 100 milyard manatdan çox ziyan vurub. 3983 azərbaycanlının taleyi hələ də məlum deyil. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 4000-dən çox Azərbaycan vətəndaşı itkin düşüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, torpaqlarımızı işğal altında saxladığı dövürdə Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi zərərin ölçülməsi üçün beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq komissiya yaradılıb. Bu komissiya ölkəmizə dəymiş maddi və mənəvi zərəri hesablayaraq, beynəlxalq məhəkəmələrdə Ermənistandan təzminatların alınması ilə bağlı iddiaların qaldırılması üçün hüquqi baza yaradır.

Azər Badamov

Deputat hesab edir ki, məsələlər yekunlaşandan sonra bu təzminat məsləsi də gündəmə gələcək.

“Azərbaycanla Ermənistan arasında sülıh müqaviləsinin imzlanması ilə bağlı müəyyən olunmuş sənədin bütün bəndləri qarşılılıqlı şəkildə razılaşdırılıb. Bu sənədin imzlanmasına mane olan yeganə məsələ Ermənistanın konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi və Minsk qrupun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsidir”-deyə Azər Badamov vurğulayıb.

Azər Badamov qeyd edib ki, mətbuatda yaxın vaxtlarda Dubayda Azərbaycanla Ermənistan dövlət başçılarının görüşü olacağı haqqında xəbərlər verilir: “Belə bir görüşün keçirilməsi çox əhəmiyyətlidir və sülh prosesinin sürətləndirəcək. Yekun sülh regiona təhlükəsizlik, sabitlik və inkişaf gətirəcək”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
22
bizimyol.info

10Mənbələr