AZ

"Gəncə Cihazqayırma Zavodu"nun xalis mənfəəti 4 dəfədən çox artıb

"Gəncə Cihazqayırma Zavodu" ASC 2024-cü ili 2 milyon 892 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 695 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Gəncə Cihazqayırma Zavodu"nun xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 4,2 dəfə və ya 2 milyon 197 min manat artıb.

Marja.az xəbər verir ki, "Gəncə Cihazqayırma Zavodu" satışdan gəliri 2023-cü ildə 12 milyon 318 min manat ikən, 2024-cü ildə 28 milyon 341 min manat təşkil edib (2,3 dəfə artıb).

Qeyd edək ki, “12” iyul 2025-ci il tarixdə “Gəncə Cihazqayırma Zavodu” ASC-nin Gəncə şəhəri, Vəli Xuluflu 1 ünvanında yerləşən baş ofisində Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

- Cəmiyyətin fəaliyyəti üçün tələb olunan müxtəlif maliyyələşdirmə üsulları və vasitələrinin (bank kreditləri, səhmdarlardan cəlb ediləcək borc vəsaitləri, müvafiq zəmanətlərin/qarantiyaların alınması və s.) nəzərdən keçirilməsi və təsdiqi;

- Cəmiyyətin 2021-2022-2023-cü illər in nəticələrinə görə əldə edilmiş xalis mənfəətin müəyyən hissəsinin cəmiyyətin səhmdarlarına divident formasında ödənilməsi;

-Digər məsələlər.  

Seçilən
34
5
marja.az

10Mənbələr